What are you looking for?

Explore our services and discover how we can help you achieve your goals

Avtomatik Sənaye Qapıları

  1. Home

  2. Avtomatik Sənaye Qapıları

Background image
Avtomatik Sənaye Qapıları

Avtomatik Sənaye Qapıları

Avtomatik sənaye qapıları anbarlar, ticarət obyektləri və iri sənayə müəssisələri üçün vacib bir ehtiyac hesab olunur. Bu qapılar istismar rahatlığı, yüksək dayanaqlılığı və istilik izolyasiyası kimi üstünlükləri sayəsində geniş istifadə olunur. Aşağıda avtomatik sənaye qapılarının çeşid və xüsusiyyətləri haqqında ətraflı məlumat veririk.

Açılma Növləri

Avtomatik sənaye qapıları işləm prinsipi və obyektin strukturu üzrə aşağıdakı açılma tipləri ilə təmin edilir:

seksional-qapilari-qurasdirma-usullari
 

Sendviç Panellər

Seksional sənaye qapılarında istifadə olunan sendviç panellər 40 mm qalınlıqda olub, daxili hissəsi presslənmiş poliuretan material ilə doldurulmuşdur. Bu texnologiya obyektin istilik və səs izolyasiyasını əhəmiyyətli dərəcədə artırır. Sendviç panellərin xarici hissəsi paslanmaz qalvaniz 0.50 mm qalınlıqda metal lövhə ilə örtülmüşdür. Bu xüsusiyyət qapıların daha uzun ömürlü, davamlı və etibarlı olmasını təmin edir.

Sendviç panellər sənaye obyektlərinə uyğun fərqli rəng və naxışlarla təqdim edilir. Bu, obyektin dizayn konsepsiyasına ideal şəkildə adaptasiya olunma imkanı yaradır.

panel-xususiyyetleri-1

 seth-naxislari-1
taxta-rengleri
duz-rengler

 

Keyfiyyətli Komponentlər

Sənaye qapılarının etibarlı və davamlı işləməsi üçün tərkib hissələri yüksək keyfiyyətlə olmalıdır. Bu bəxş edilən paslanmaz qalvaniz materiallardan hazırlanmış yan relslər və aksesuarlar qapının çevik və təhlükəsiz hərəkət etməsinə kömək edir. Apex Industries MMC olaraq istifadə etdiyimiz butun komponentlər Rusiyanın DoorHan şirkətinə aid olub, zəmanət dövrü daxilində tam keyfiyyət təminatı verilir.

Azərbaycanda avtomatik sənaye qapıları quraşdıran şirkətlərın çox azı quraşdırma işlərinə rəsmi zəmanət verir. Lakin Apex Industries MMC olaraq sənaye qapılarımızın bütün hissələri və quraşdırılma keyfiyyətinə rəsmi zəmanət veririk. Qapılarımız güclü küləklərə və deformasiya riskinə qarşı maksimum dərəcədə dayanaqlıdır.

Yay Sistemləri

Avtomatik sənaye qapılarında istifadə olunan yay sistemləri qapının açılıb-bağlanmasını təmin edir. Keyfiyyətsiz yay sistemləri tezliklə paslanaraq sıradan çıxır və qapını istifadə olunmaz hala gətirir. Bu səbəbdən Portuqaliyanın FlexiDoor və Rusiyanın DoorHan şirkətlərinə məxsus, paslanmaz qalvaniz materialdan hazırlanmış yay sistemləri təklif edirik. Yay sistemlərimiz 20,000 açılma-bağlanma təminatı ilə gəlir.

yay-sistemi-kontent-ucun3


 

Motor Sistemləri

Sənaye qapılarının etibarlı işləməsi üçün keyfiyyətli motor sistemləri vacibdir. Qapının ölçüsü və açılma mexanizminə görə həm 220V tək fazalı, həm də 380V üç fazalı motorlar istifadə olunur. Xüsusilə, 25 m²-dən böyük qapılar üçün 3 fazalı motorlar məsləhət görülür.

Apex Industries MMC olaraq İtaliyanın Beninca, BFT, Almaniyanın MFZ, Marantec və Rusiyanın DoorHan şirkətlərinə məxsus motorlar təklif edirik. Bütün motorlarımız beynəlxalq keyfiyyət sertifikatlarına malikdir.

mfz-ovitor-set


 

Müştərilərimizə təklif etdiyimiz avtomatik sənaye qapıları yüksək keyfiyyət və etibarlılıq təmin edər. Apex Industries MMC olaraq peşəkar xidmətimiz və zəmanətimizlə daim yanınızdayıq!

 

Share this service:

Your experience on this site will be improved by allowing cookies.