What are you looking for?

Explore our services and discover how we can help you achieve your goals

Zəmanət, nəyi əhatə edir? və nəyi əhatə etmir?

  1. Home

  2. Zəmanət, nəyi əhatə edir? və nəyi əhatə etmir?

Background image

Zəmanət, nəyi əhatə edir? və nəyi əhatə etmir?

Avtomatik Qapılar üçün Zəmanət Şərtləri və Qaydaları

1. Zəmanət Müddəti

  • Standart Zəmanət:
    Avtomatik qapı sistemlərinə, alqı-satqı tarixindən etibarən 2 il (24 ay) zəmanət verilir. Bu müddət ərzində istehsalçının səhvlərindən qaynaqlanan hər hansı bir nasazlıq və ya problem tamamilə pulsuz aradan qaldırılır.

  • Ehtiyat Hissələrinə Verilən Zəmanət:
    Təmir zamanı istifadə olunan ehtiyat hissələrə (sensorlar, motorlar, idarəetmə paneli və s.) ayrıca 6 ay zəmanət təmin edilir.

  • Servis Abunəlik Paketi Zəmanəti:
    Servis abunəlik paketi daxilində aparılan rütin yoxlamalar və təmirlərə bağlı olaraq, servis işlərinə dair 1 ay zəmanət verilir.

 

2. Zəmanətin Qüvvədə Olma Şərtləri

Zəmanətin qüvvədə qalması üçün aşağıdakı şərtlərə riayət olunmalıdır:

 
  • Düzgün İstismar:
    Avtomatik qapılar istehsalçının təlimatlarına uyğun olaraq istifadə edilməlidir. İstismar qaydalarına riayət olunmadığı halda zəmanət ləğv edilə bilər.

  • Quraşdırma:
    Qapının quraşdırılması yalnız bizim peşəkar mütəxəssislərimiz tərəfindən aparılmalıdır. Qeyri-peşəkar quraşdırmadan sonra baş verən problemlərə zəmanət şərti aid edilmir.

  • Orijinal Komponentlər:
    Qapının üzərində icazəsiz dəyişikliklər edilməməli və qeyri-orijinal komponentlərdən istifadə olunmamalıdır. Qeyri-orijinal hissələrin quraşdırılması zəmanətin ləğv olunmasına səbəb ola bilər.

  • Texniki Xidmət:
    Avtomatik qapıların uzunömürlü və sərfəli işləməsi üçün təklif olunan illik servis abunəlik paketindən istifadə edilməsi tövsiyə olunur. Servis göstərilmədiyi halda, bəzi nasazlıqlar zəmanət şərtinə aid edilməyə bilər.

 

3. Zəmanətin Etibarsız Sayıldığı Hallar

Aşağıdakı hallarda zəmanət etibarsız sayılır:

 
  • Təbii Fəlakət:
    Yanğın, su basması, zəlzələ, dolu yağışı kimi qüvvətdən artıq hallarda baş verən zədələnmələrə zəmanət şərti aid edilmir.

  • Səhv İstismar:
    Qapının istehsalçının təlimatlarına uyğun olaraq istifadə edilməməsi, ağır yük altında işlədilməsi və ya yanlış konfiqurasiya edilməsi zəmanətin ləğv olunmasına səbəb ola bilər.

  • Xarici Müdaxilə:
    Qapının üzərində icazəsiz müdaxilə edilməsi, qeyri-peşəkar şəxs tərəfindən təmir cəhdləri və ya qeyri-orijinal hissələrin quraşdırılması zəmanəti etibarsız edir.

  • Fiziki Zədələnmə:
    Qapının fiziki qüvvə, daşınma, düşmə və ya digər xarici amillər nəticəsində zədələnməsi zəmanət şərtinə aid edilmir.

 

4. Zəmanət Daxilində Təmir Prosesi

  • Diaqnoz və Qiymətləndirmə:
    Zəmanət dövründə baş verən hər hansı bir nasazlıq üçün diaqnoz və qiymətləndirmə pulsuz aparılır. Diaqnozdan sonra problem həll edilir.

  • Ehtiyat Hissələrin Dəyişdirilməsi:
    Zəmanət dövründə lazım olan ehtiyat hissələrin dəyişdirilməsi tamamilə pulsuz həyata keçirilir.

  • Reaksiya Müddəti:

    • Bakı şəhəri ərazisində: 2 saat ərzində .
    • Regionlarda: 24 saat ərzində .
 

5. Zəmanət Müddətindən Sonra

  • Zəmanət müddəti bitdikdən sonra da avtomatik qapılarınız üçün təmir xidmətlərimiz mövcuddur. Təmir xidmətlərimizin qiymətləri aşağıdakı amillərdən asılı olaraq hesablanır:
    • Problemin növü.
    • Lazım olan ehtiyat hissələrin markası və keyfiyyəti.
    • Təmirin mürəkkəbliyi.

 

Qeyd: Bu şərtlər Azərbaycan Respublikasının qanunvericiliyi əsasında hazırlanmışdır və müştərilərimizin rahatlığını artırmaq, yüksək keyfiyyətli xidmət göstərmək məqsədi daşıyır. Hər hansı bir sualınız və ya şikayətiniz olduqda, bizimlə əlaqə saxlayın.  

Your experience on this site will be improved by allowing cookies.