What are you looking for?

Explore our services and discover how we can help you achieve your goals

Profilaktik Baxım

  1. Home

  2. Profilaktik Baxım

Background image

Sistemin Uzunömürlülüyü

Avtomatik qapılar gündəlik intensiv istifadəyə məruz qalır. Xüsusilə ticarət mərkəzləri, aeroportlar və digər ictimai yerlərdə qapılar saatda yüzlərlə dəfə açılıb-bağlanır. Bu intensiv rejim sistemin komponentlərində tədricən köhnəlməyə səbəb olur.

Profilaktik baxım məhz bu problemin qarşısını almaq üçün nəzərdə tutulmuş xidmətdir. Müntəzəm baxım sayəsində kiçik problemlər böyük nasazlıqlara çevrilməmişdən aradan qaldırılır. Bu, həm təmir xərclərini azaldır, həm də qapının fasiləsiz işləməsini təmin edir.

Baxım Paketləri

Müshtərilərin ehtiyaclarına uyğun üç növ baxım paketi təklif edirik:

Standart paket - aylıq baxım, əsas komponentlərin yoxlanılması, yağlanması və təmizlənməsi Premium paket - aylıq baxım + sensor sistemlərinin kalibrləşdirilməsi + elektrik dövrələrinin yoxlanılması VIP paket - həftəlik baxım + profilaktik hissə dəyişimi + uzaqdan monitorinq sistemi

Texniki Baxım Prosedurları

Hər baxım zamanı 47 nöqtəli yoxlama aparılır. Mexanik hissələr, elektrik komponenləri, təhlükəsizlik sistemləri, sensor qurğular - hamısı ətraflı şəkildə araşdırılır. Yeyinti hissələri vaxtında dəyişdirilir, hərəkət mexanizmləri yağlanır və tənzimlənir.

Baxım protokolları beynəlxalq standartlara uyğun hazırlanmışdır. Hər baxımdan sonra müştəriyə ətraflı hesabat verilir və növbəti baxımın vaxtı planlaşdırılır. Elektron baxım jurnaları vasitəsilə qapının texniki vəziyyəti daim izlənilir.

Share this service:

Your experience on this site will be improved by allowing cookies.