Təcili Təmir (24/7)
-
Главная
-
Təcili Təmir (24/7)
Fasiləsiz Xidmət
Avtomatik qapıların nasazlığı ciddi problemlər yarada bilər. Ticarət mərkəzlərində müştərilərin girişi məhdudlaşır, ofis binalarında işçilərin hərəkəti çətinləşir, təcili vəziyyətlərdə isə hətta təhlükəli hallar yarana bilər. Məhz bu səbəbdən 24/7 təcili təmir xidmətini təşkil etmişik.
Təcili təmir briqadamız gecə-gündüz hazır vəziyyətdədir. Bakı şəhəri üçün 30 dəqiqə, yaxın rayonlar üçün 60 dəqiqə ərzində yerinizdə olma öhdəliyi götürürük. Usta briqadası lazımi avadanlıq və əsas ehtiyat hissələri ilə təchiz olunmuş xidmət maşınında gəlir.
Prioritet Sistemləri
Müxtəlif obyektlər üçün prioritet sistemləri fəaliyyət göstərir:
Yüksək prioritet: Xəstəxanalar, yanğın təhlükəsizliyi sistemləri, kritik infrastruktur Orta prioritet: Ticarət mərkəzləri, ofis binaları, otel kompleksləri Standart prioritet: Yaşayış binaları, kiçik kommersiya obyektləri
Təcili Təmir Prosedurları
Təcili çağırış daxil olduqdan sonra dərhal koordinasiya mərkəzi aktivləşir. Ən yaxın usta briqadası hadisə yerinə göndərilir. Yolda gedərkən müştəri ilə əlaqə saxlanılır və problemin ilkin diaqnostikası telefon vasitəsilə aparılır.
Yerində çatan briqada ilk növbədə təhlükəsizlik tədbiyrlərini görür. Qapının təhlükəli vəziyyətdə olması halında əraziyə giriş məhdudlaşdırılır. Sonra sürətli diaqnostika aparılır və təmir işlərinə başlanılır.
Share this service: